Tolqa Tekin

Tolqa Tekin

Aktyor

BİOQRAFİYA

Tolqa Tekin - türkiyəli teatr, kino və televiziya aktyorudur. Daha çox “Mühteşem Yüz Yıl” serialında Barbarossa Xızır Hayreddin Paşa rolu ilə məşhurdur. 19 mart 1973-cü ildə Ankarada anadan olub. Uşaqlığı və yeniyetməliyi doğma şəhərində keçib. İstanbula köçdükdən sonra, 1992-1996-cı illər ərzində aktyorluq üzrə ali təhsil alıb. Məzun olduqdan sonra Adana şəhər Dövlət Teatrında çalışmağa başlayıb. 1996-2004-cü ildə orada qoyulan bir çox tamaşalarda iştirak edib. Daha sonra Ankara Dövlət Teatrında dörd ilə yaxın səhnəyə çıxıb. Kinoda ilk rollarından birini (Səfa) “Bizim evin sakinləri” serialında oynayıb. 2002-ci ildən etibarən mütəmadi olaraq müxtəlif Türk teleseriallarına çəkilir. O, həmçinin çoxsaylı teatr rolları ilə tanınır. Ən əlamətdar rolları “Paramparça” serialında Özkan və “Mühteşem Yüz Yıl” serialında Barbarossa rolu sayılır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://muhtesemyuzyil.fandom.com/ru/wiki/%D0%A2%D0%BE%D0%BB%D0%B3%D0%B0_%D0%A2%D0%B5%D0%BA%D0%B8%D0%BD    

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç