Ünal Silver

Ünal Silver

Aktyor

BİOQRAFİYA

Ünal Silver – türk əsilli almaniyalı aktyordur. 1948-ci ildə İstanbulda anadan olub. Atası türk, anası almandır. Uşaq olanda valideynləri boşanıb və anası onu da götürərək Almaniyaya köçüb. Məktəbi bitirdikdən sonra aktyorluq sənəti üzrə ali təhsil alıb. Məzun olduqdan sonra təzə aktyor Hamburq və Bremenin müxtəlif teatrlarında səhnəyə çıxıb. Kino və televiziya layihələrində 1990-cı illərdən etibarən iştirak edir. 12 il ərzində Almaniyada aktyorluq edib, 2002-ci ildə ata vətəninə qayıdıb. Burda ilk əlamətdar rolu 2006-cı ilə ekranlara çıxan “Hoqqabaz” filmində oynadığı rol olur. 2008-ci ildə aktyor “Kölgə” draçında Səlim rolunu oynayıb. Ardınca “Mən bulud olsaydım”, “Qəlbləri sındıran”, “Dəli saraylı” , “Quzey-Güney” kimi seriallarda rol alıb. 2011-ci ildə aktyorun iştirakı ilə ekranlara rejissor Özer Kızılatanın “Məni unutma” filmi çıxır. Elə həmin il Çağan Irmakın “Babamın adamları” (Dedemin insanları) ailəvi tarixi komedik dramına çəkilir. Son əlamətdar rolları arasında “Ertuğrul Diriliş” (serial), “Romantik komediya 2”, “Bazar bazarı”, “Dəlisov meşəbəyi”  filmlərində oynadığı rolları göstərmək olar.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/yunal_silver/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç