Geri Siniz

Geri Siniz

Aktyor, rejissor

BİOQRAFİYA
Geri Siniz 17 mart 1955-ci ildə Blu-Aylenddə (İllinoys, ABŞ) anadan olub. Kino karyerasına başlamamışdan əvvəl teatrda aktyor kimi fəaliyyət göstərib, “Yalquzaq” adlı Çikaqo teatrının yaradıcılarındandır. Teatrın adını Herman Hessenin eyniadlı romanından götürüblər. ”Miles from Home” və “Siçanlar və insanlar” filmlərinə rejissorluq etdikdən sonra aktyor kimi Hollivud filmlərinə dəvət almağa başlayır və “Apollon 13”, “Yaşıl mil” və “Marsda tapşırıq” filmlərinə çəkilir. “Forest Kamp” filmində leytnant Den Teylor roluna görə "Ən yaxşı ikinci plan aktyoru" kateqoriyası üzrə “Oskar” və “Qızıl Qlobus”a namizəd göstərilib. “C.S.İ. Cinayət yeri Nyu-Yorkdur” serialında detektiv Mak Teylor rolu onun məşhurluğunu daha da artırır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Gary_Sinise

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç