Rayan Quzman

Rayan Quzman

Aktyor

BİOQRAFİYA

Rayan Entoni Quzman — amerikalı aktyor və modeldir. 21 sentyabr 1987-ci ildə ABŞ, Texas ştatının Abilin şəhərində anadan olub. Rayan özünü model kimi sınamış — məşhur “Calvin Klein brendinin reklam çarxlarında çəkilib. 2012-ci ildə “Addım at 4” rəqs filminin təqdimatı baş tutub. Tammetrajlı filmdə əsərin qəhrəmanı imkanlı valideynlərinin evini tərk edən və peşəkar rəqqasə olmaq üçün Mayamiyə yollanan Emili (Ketrin Makkormik) adlı qızdır. Yerli küçə rəqqası Şon (Rayan Quzman) bir könüldən min könülə aşiq olub. Məhəbbət naminə atasına qarşı çıxmağa hazırdır. Rayan Quzman tərəf-müqabilindən fərqli olaraq peşəkar rəqqas deyil. O həmişə həvəskar səviyyəli xoreoqrafiya ilə məşğul olub. Buna baxmayaraq, filmdə bütün rəqs nömrələrini özü ifa edib. 2018-ci ildə məlum oldu ki, Rayanın sevgilisi Braziliya aktrisası Şiştiani Lopeş ana olmağa hazırlaşır. 2019-cu ilin yanvar ayında onların Mateo adlı oğlu dünyaya gəlib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Гузман,_Райан

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç