Bebe Pem

Bebe Pem

Aktrisa

BİOQRAFİYA

Bebe Pem - 1983-cü ildə Vyetnamın Byen-Hoa şəhərində anadan olub. 17 yaşından modelliylə məşğuldur. 2005-ci ildə “Vyetnamın supermodeli” mükafatını qazanıb. Həmin vaxtdan bəri bir sıra beynəlxalq reklam şirkətləri və Reebok, Caravan Hotel, Remy Martin və Fashion TV kimi tanınmış brendlərin reklam çarxlarına çəkilir, fotoşəkillərdə poz verir. Aktrisalığa gəlincə başlıca olaraq Filippində çəkiliş aparan “Bigfoot Entertainment” studiyasının çəkdiyi bədii filmlərdə rol alır. Bebe Vyetnamın Lak-Honq Universitetini mühasibat üzrə bitirib. Modellik və aktrisalıqla yanaşı, bizneslə məşğuldur, şirkəti mebelin idxal-ixracını həyata keçirir. 2011-ci ildə “21 Camp Strit” filmində oynayan Vyetnamlı aktyor Dastin Nquena ilə ailə qurub. Cütlüyün iki qızı var (2013 və 2015 təvəllüdlü).


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Bebe_Pham

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç