Nataşa Lionn

Nataşa Lionn

Aktrisa

BİOQRAFİYA

Nataşa Lionn – amerikalı aktrisa, ssenarist, prodüser və rejissordur. Daha çox “Narıncı –mövsümün hiti” (2014-2019) serialında oynadığı Nikki Nikols rolu ilə tanınır. Həmin rola görə “Emmi” nominasiyası qazanıb. O, həmçinin yeniyetmələr üçün "Amerikan piroqu”  franşizasının müxtəlif epizodlarında (1999-2012) oynadığı Cessika rolu ilə tanınır. 1979-cu ildə ABŞ-ın Nyu-York şəhərində anadan olub. 2019-cu ildən “Matryoşka” serialında baş rolu oynayır. Bundan başqa, “Həmişə səni sevirəm deyirlər” (1996), “Beverli Hillz xarablıqları” (1998), “Detroyt – Rok şəhəri” (1999), “İslahedilməzlər” (1999), Robotlar” (2005), “Çox qorxulu kino 2” (2001), “Keyt və Leo” (2001), "Fresno" (2015), “Salam, adım Dorrisdir” (2015), “Öhdəliksiz sevgi” (2015), “Zülm haqqıdna hər şey” (2010) filmlərində yaratdığı obrazlarla yadda qalıb. Nyu-Yorkda yaşayır. 2014-cü ildən aktyor və komik Fred Armisenlə vətəndaş nikahındadır. 2001-ci ilin avqust ayında Lionn içkili vəziyyətdə avtomobil sürdüyünə görə həbs olunub. O, yol nişanını əzdikdən sonra aradan çıxıb və yaxalandıqdan sonra 2000 dollar girov müqabilində şərti azad edilib. 2002-ci ilin avqust ayında günahını boynuna alaraq 1000 dollar cərimə və 50 saatlıq ictimai işlərlə canını qurtarıb. Habelə sürücülük vəsiqəsi də bir il müddətinə etibarsızlaşdırılıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Natasha_Lyonne

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç