Kenni Vormold

Kenni Vormold

Aktyor, prodüser

BİOQRAFİYA

Kennet Kenni” Vormold 27 iyul 1984-cü ildə, ABŞ-ın Massaçusets ştatının Boston şəhərində anadan olub. “Azad adamlar” filmində Ren Makkormak rolu ilə tanınıb. 2007-ci ildə MTV kanalında yayımlanan Dancelife rəqs realiti şousunda iştirak edib. Altı yaşında rəqs etməyə başlayıb. 13 yaşında Master Dance of New England iştirak edib. 15 ildən sonra «Teen Dancer of Boston» qalibi olub. 1996-cı ildə Pasxa bayramı çərçivəsində Vormold Ağ evdə preziden Bill Klintonun qarşısında çıxış etmək üçün seçilib. 2002-ci ildə Almaniyanın Riza şəhərində keçirilən rəqs üzrə dünya çempionatında qızıl medal qazanıb. 2004-cü ildə “Küçə rəqsləri” filmində çəkilib. 2010-cu ildə Paramount Pictures-in “Azad adamlar” rəqs dramında baş rolu ifa edib. 2013-cü ildə “Balaca-kannabis” filmində baş rolun ifaçısı olub. “Məhəbbət, seks və Los-Anceles” filmində Pit Kollinz rolunda çəkilib. 2014-cü ildə “Həyat” filmində çəkilib. “Yalnız tanrı bilir” trillerində Vito Tortano rolunda çıxış edib. “Monika” filmində Rey rolunu ifa edib. 2014-cü ildə  “Instagram: A Caption Story” qısametrajlı filmdə çəkilib. “Həyat və şəfqət” filmində Dennis Uilson rolunu canlandırıb. 2015-ci ildə “Fotodakı qız” qorxu filmində Kris rolunu ifa edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Вормолд,_Кенни

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç