Conatan D. Kreyn

Conatan D. Kreyn

Prodüser, ssenarist

BİOQRAFİYA

Conatan D. Kreyn – amerikalı prodüserdir. 1952-ci ildə Los-Ancelesdə (Kaliforniya ştatı, ABŞ) anadan olub. Sent-Cons kolleci və Yel Universitetinin hüquq fakültəsinin məzunudur. Ali təhsili başa vurduqdan sonra kino biznesinə girişib. 1980-ci illərin əvvəllərində rejissor Bleyk Edvardsın prodüser şirkətinin prezidenti postunu tutub və “Çəhrayı bəbirin lənəti”, “Çəhrayı bəbirin izi”, “Qadınları sevən kişi”, “Mikki və Mod”, “Həyat budur” və digər filmlərin üzərində işləyib. 80-ci illərin sonlarında “Management Company Entertainment Group” adlı öz şirkətini yaradıb. Prodakşn şirkətinin ən uğurlu layihəsi Con Travolta və Körsti Ellinin baş rollara çəkildiyi “Gör kim danışır” ailəvi komediyası və onun sikvelləri olub. O həmçinin “Simasız”, “Fenomen2, “Maykl”, “Əsas rənglər”, “Döyüş meydanı: Yer planeti”, “Gizli təhlükə”, “Kleyton bazası”, “Şifrə: Qılınc-balıq” və digər filmlərə prodüserlik edib. 1980-ci ildə “Oskar” namizədi, özündən 14 yaş böyük Selli Kellermenlə ailə qurub. Cütlüyün Cek və Hanna adlı əkiz uşaqları var. Onlar 36 il nikahda olublar. Prodüser 1 avqust 2016-cı ildə 65 yaşında Kaliforniyada vəfat edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.intermedia.ru/news/298684

 

FİLMOQRAFİYA
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç