Emi Hekerlinq
Rejissor, ssenarist, prodüser
Emi İ.Hekerlinq – amerikalı kinorejissor, ssenarist, prodüser və aktrisadır. 20-dən çox tammetrajlı bədii filmin rejissoru olub. “National Society of Film Critics Award” (1996), “American Film Institute Awards» (1998) və “Women in Film Crystal Awards” (1999) mükafatları laureatıdır. Emi İ. Hekerlinq 7 may 1954-cü ildə Bronksda mühasib ailəsində dünyaya gəlib. Yəhudi adət-ənənələri ilə böyüyüb. Öz xatirələrində, uşaq vaxtı evlərinə tez-tez Holokostda sağ qalan insanların toplaşdığını söyləyib. Valideynləri günün böyük hissəsini işlədiyindən, Emi vaxtının çoxunu evdə televizorun qarşısında və nənəsinin yanında keçirib. Gecələr Koni-Aylenddə nənəsi ilə müxtəlif filmlərə baxıb. Elə həmin vaxtdan Emi kino və televiziya “azarkeşi” olub. Əsasən ağ-qara qanqster filmləri, müzikllar və komediyaları sevib. Kino və televiziya ixtisası üzrə Nyu-York universitetində təhsil alıb. Amerika Kino İnstitutunda (American Film İnstitute) kinematoqrafiya üzrə magistr dərəcəsi əldə edib. 1981-1983-cü illərdə Devid Brandtla evli olub. 1984-1985-ci illərdə isə kinorejissor Nil İzraillə nikahı olub. Onların birgə nikahdan 1985-ci il təvəllüdlü Molli Sara İzrael adlı qızı var. Emi uzun müddət əsəblə bağlı anoreksiyadan əziyyət çəkib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%B5%D0%BA%D0%B5%D1%80%D0%BB%D0%B8%D0%BD%D0%B3,_%D0%AD%D0%BC%D0%B8