Eyb Viqoda

Eyb Viqoda

Aktyor

BİOQRAFİYA

Abraham Çarlz “Eyb” Viqoda – amerikalı aktyordur. Daha çox “Xaç atası” (1972) kult kriminal dramında canlandırdığı Salvatore Tessio rolu ilə şöhrət qazanıb. Aktyor 24 fevral 1921-ci ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Valideynləri Rusiyadan ABŞ-a mühacirət etmiş yəhudilər olub. Atası dərzi, qardaşı isə komiks rəssamı olub. 1968-ci ildə Beatris Şi ilə ailə qurub. Nikah sonuncunun ölümünə qədər (30 aprel 1992-ci il) davam edib. Bu nikahdan onun Kerol adlı qızı və Cemi, Pauli və Stiven adlı üç nəvəsi var. 1982-ci ildə “People” jurnalı səhvən Eyb Viqodanın ölüm xəbərini yayıb. Viqoda heç də keyfini pozmayaraq buna özünəməxsus yumorla cavab verib: belə ki, tabuta uzanaraq əlində əlində jurnal oxuyan pozada şəkil çəkdirib. Abraham Çarlz 26 yanvar 2016-cı ildə dünyasını dəyişib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%92%D0%B8%D0%B3%D0%BE%D0%B4%D0%B0,_%D0%AD%D0%B9%D0%B1

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç