Körsti Elli

Körsti Elli

Aktrisa

BİOQRAFİYA

Kirsten Luiz “Körsti” Elli – amerikalı aktrisadır. Daha çox “Şən kampaniya” (1987-1993) sitkomunda oynadığı Rebekka Hou rolu ilə məşhurdur. Həmin rol ona “Emmi”, “Qızıl qlobus” mükafatını qazandırıb. Həmçinin “Görün kim danışır” ailəvi komediyası və onun iki sikvelində və “Veronikanın gözəllik salonu” (1997-2000) serialında canlandırdığı obrazlarla yadda qalıb. Körsti 12 yanvar 1951-ci ildə ABŞ-ın Kanzas ştatının Uiçito şəhərində anadan olub. Uiçito orta məktəbini 1969-cu ildə bitirib. 1981-ci ildə anası Lillian Mikki avtomobil qəzasında həlak olub, atası – taxta emalı zavodunun sahibi Robert Dil isə ağır xəsarətlər alıb. Kolett adlı bacısı və Kreyq adlı qardaşı var. 1970-ci ildə Bob Elliyə ərə gedib, izdivadın ömrü cəmi 7 il çəkib və onlar 1977-ci ildə boşanıblar. 1983-1997-ci illərdə aktyor Parker Stivensonla evli olub. Onlar birlikdə Uilyam Tru adlı oğlan və Lilli Prays (1994) adlı qız övladlığa götürüblər. Körsti də Tom Kruz kimi sayentoloqiya təriqətinin davamçısıdır. Kanzas Universitetinin məzunudur. “Veronikanın salonu” serialının bağlanmasından sonra artıq çəkidən əziyyət çəkib, bununla əlaqədar hətta “Toppuş aktrisa” və “Körsti ellinin böyük həyatı” kimi realiti-şoulara çəkilib. 2011-ci ildə “Ulduzlarla rəqs” teleşousunun 12-ci mövsümündə iştirak edib və onun sayəsində çəkisini azaldaraq karyerasını bərpa edib. Müsabiqədə Elli ikinci yerə çıxıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%AD%D0%BB%D0%BB%D0%B8,_%D0%9A%D1%91%D1%80%D1%81%D1%82%D0%B8

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç