Loren Cerman

Loren Cerman

Aktrisa

BİOQRAFİYA

Loren Kristina Cerman – amerikalı aktrisadır. Loren Kristin Cerman 29 noyabr 1978-ci ildə Hantinqton-Biç şəhərində (Kaliforniya ştatı, ABŞ) anadan olub. Oreync-Kaunti İncəsənət məktəbində rəqqasəlik kurslarına gedib. 2000-ci ildə teledebütü baş tutub. 2002-ci ildə “Maxim” nəşrinin versiyasına görə “Hot 100 of 2002” (2002-ci ilin ən cazibədar qadını) reytinqində 47-ci yeri tutub. 2003-cü ildə “Elektrik mişarı ilə Texas qırğını” filmində Erin roluna namizəd olsa da, sonda epizodik lakin kifayət qədər effektiv olan hiçhayker rolunu oynayıb. Daha çox “Hostel 2” filmində Bet rolu ilə məşhurlaşıb. 2011-ci ildə Loren “Parçalanma” filmində baş qadın rolunu oynayıb. 2011-2012-ci  illərdə “Havayi 5.0” serialına çəkilib. 2012-2015-ci illərdə “Çikaqo yanğınsöndürənləri” serialına çəkilib və oynadığı rola görə “Ən çox darıxacağımız personaj” kateqoriyasında “People’s Choice Awards” mükafatına namizəd olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B6%D0%B5%D1%80%D0%BC%D0%B0%D0%BD,_%D0%9B%D0%BE%D1%80%D0%B5%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç