Mixail Yefremov

Mixail Yefremov

Aktyor, ssenarist

BİOQRAFİYA

Mixail Oleqoviç Yefremov - sovet və rus teatr və kino aktyotu, teatr rejissoru və aparıcıdır. Mixail Oleqoviç Yefremov 10 noyabr 1963-cü ildə Moskvada (Rusiya) yaradıcl ailədə anadan olub. Atası - Oleq Yefremov, anası “Sovremennik” teatrının aktrisası Alla Pokrovskaya, babası opera rejissoru Boris Pokrovskidir. Rusiya Federasiyasının əməkdar artistidir (1995). 2007-ci ildə Mixail Yefremov “12” filmində “Kinoda ən yaxşı kişi rolu”na görə “Qızıl qartal” mükafatına layiq görülüb. Mixail Yefremov “Alicənab quldur Vladimir Dubrovski” (1989), “Kraliça Marqo” (1996), “Sərhəd. Tayqa eşq macərası” (2000), “Antikiller” (2002), “Antikiller 2: Antiterror” (2003), “Səma. Təyyarə. Qız” (2003), “9-cu bölük” (2005), “Mülki məsləhətçi” (2005), “Piranya ovu” (2006), “Seçki günü” (2007), “Müharibənin sonu” (2007), “Taleyin istehzası” (2007), “Antikiller K.D” (2009), “Qara ildırım” (2009), “Zaytsev, coşdur! Şoumenin hekayəsi” (2010), “Rjevski Napoleona qarşı” (2012), “Zombi tətili 3D” (2013), “Mülayim hava” (2013), “Qafqaz əsiri!” və sair film və seriallarda çəkilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/Ефремов,_Михаил_Олегович

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç