Ziqfrid Hartmann
Rejissor, ssenarist
Ziqfrid Hartmann – almaniyalı kinorejissor və ssenaristdir. Daha çox DEFA studiyasının istehsalı olan kinonağıl və uşaq filmlərinin rejissoru kimi şöhrət qazanıb. Almaniyanın Leypziq şəhərində anadan olub. Faşist almaniyası dövründə Reyxin əmək məsuliyyətindən yayındığı üçün bir müddət qazamatda yatıb. Faşist ideologiyasını rədd edib. Müharibə başa çatandan sonra 1946-cı ildə bəstəkar Teo Makkebendən “Səsli film” jurnalı üçün müsahibə alan zaman Ziqfrid bəstəkarın diqqətini cəlb edib. Həmin vaxtdan Saksoniya torpağının mətbuat və təbliğat kafedrasında redaksiya təcrübəçisi kimi işləməyə başlayıb. 1949-1951-ci illərdə Ziqfrid Hartmann DEFA studiyasında gənc kinematoqraflar üçün təcrübə keçib. Daha sonra 1952-1955-ci illərdə rejissor Kurt Metziq və Zlatan Dudovun köməkçisi olub. Həmin dövrdə 20 elmi-populyar film ərsəyə gətirib. Ziqfrid Hartmann “Mən susayıram” filmində rejissor Karl Parvlın köməkçisi olub. DEFA istehsalı olan “Belyanoçka və Rozoçka” (1979), “Qızıl qaz” (1964) filmlərinin rejissoru olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.etvnet.com/encyclopedia/d/person/hartmann/