Sabina Betman
Aktrisa
Sabina Betman 25 oktyabr 1931-ci ildə Tilzitdə (Rusiya) anadan olub. 1956-cı ildə Sabina Betman “Qış meşəsi” filmində debüt edib, ardınca “Balıqlar və kiçik köpək balıqları” filmində çəkilib. “Həkim Mabuze” –“Skotlend-Yard Mabuze həkimin axtarışında” seriya filmlərindəki rolu ilə tanınıb. Daha sonra kino, teatr və televiziyada komediya və macəra janrında filmlərdə çəkilib. Alman rejissoru-ekspressionist Fritz Lanqın “Benqal pələngi” və “Hind sərdabəsi” filmində İrena Rod rolu ilə tamaşaçı rəğbətini qazanıb. “Spartak” filmində çəkilməli olan aktrisa rejissor dəyişikliyindən sonra işdən kənarlaşdırılır. Gözlənilmədən, qırx yaşlı aktrisa karyerasının ən qızğın çağında və məşhurluğun zirvəsində olduğu dönəmdə kinodan getdiyini bildirib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Бетман,_Сабина