Kristian Petzold
Rejissor, ssenarist, aktyor
Kristian Petzold – almaniyalı kinorejissor və ssenaristdir. Berlin kinoməktəbinin lideri və nümayəndəsidir. Kristian Petzold 14 sentyabr 1960-cı ildə Hilden şəhərində anadan olub. Uşaqlığı Hanedə keçib. 1979-cu ildə gimnazziyanı bitirərək, kinoklubda işləməyə başlayıb. 1981-ci ildən Berlində yaşayır. Azadlıq universitetində teatrşünaslıq və germanistika üzrə ali təhsil alıb. 1988-1994-cü illərdə Almaniya kino və televiziya akademiyasının tələbəsi olub. Tələbə olduğu illərdə kinotənqidçi və rejissor Hartmut Bitomski və Harun Farokinin köməkçisi vəzifəsində çalışıb. Sonuncu sonralar onun çəkdiyi bir neçə filmə ssenari yazıb. 1995-ci ildə diplom işi olan “Aviatristlər” filmini çəkib. On il sonra çəkdiyi „Kabuslar“ filmi “Berlin kinofestivalının” konkurs proqramına daxil edilib, Kristian isə kinoerudisiyası və yeni realizm üslubu ilə kinotənqidçilərin sevimlisinə çevrilib. 2009-cu ildə Artur Şnitslerin pyesi əsasında “Tənha yol” tamaşasına quruluş verib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%B5%D1%82%D1%86%D0%BE%D0%BB%D1%8C%D0%B4,_%D0%9A%D1%80%D0%B8%D1%81%D1%82%D0%B8%D0%B0%D0%BD