Tristan Pütter
Aktyor
Tristan Vin Pütter 11 dekabr 1980-ci ildə Frankfurt şəhərində (Gessen, Almaniya) anadan olub. Aktyor Ditsenbax şəhər orta məktəbini bitirib. Avstriya paytaxtı Vyanada Maks Reynhardtın seminarında təhsil alıb, orada dram sənəti üzrə magistr dərəcəsi əldə edib. Kinoda debütü 2005-ci ildə Roland Lanqın o qədər də uğurlu olmayan “Tələsən zaman sakitləşirik” dramında həyata keçirib. İlk iri rollarını 2011-ci ildə oynayıb. Tanınmış rejissor Roland Emmerixin “Anonim” və Stiven Spilberqin “Döyüş atı” filmlərində kiçik rollar alıb. 2012-ci ildə fərqli janr və büdcələrdə olan “Qoruyucu mələk” (rej.Til Şvayger), “Ehtiras” (rej. Brayan de Palma) filmlərinə çəkilib. 2014-2016-cı illərdə Kristian Petsoldun məşhur “Feniks” (2014) filmində və Maren Adenin “Toni Erdmann” (2016) filmlərinin çəkilişində iştirak edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://kino-teatr.ua/person/ptter-trystan-13406.phtml