Ronald Serfeld

Ronald Serfeld

Aktyor

BİOQRAFİYA

Ronald Serfeld (alm. Ronald Zehrfeld ) 15 yanvar 1977-ci ildə Şərqi Berlində anadan olub. “Barbara” (2012), “Feniks” (2014), “Zwischen Welten” (2014) filmlərində oynadığı rolları ilə tanınır. Kinodebütünü 2005-ci ildə  rejissor Dominik Qrafın “Qırmızı Kakadu” (The Red  Cockatoo) filmində baş rolla gerçəkləşdirib. Daha sonra Sven Tadikkenin “Başsız atılan 12 addım” (2005) dəniz quldurları komediyasında mərkəzi rol oynayıb. 2012-ci ildə Kristian Petzoldun “Barbara” dramında rol alıb. Ekran əsəri 62-ci Beynəlxalq Berlin Kinofestivalında ən yaxşı rejissor işi nominasiyasında “Gümüş ayı” mükafatı alıb. Film Almaniyadan ən yaxşı xarici dilli lent kateqoriyasında 85-ci “Oskar” mükafatlandırma mərasiminə namizəd qismində göndərilsə də, şortlistə düşə bilməyib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Ronald_Zehrfeld

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç