Nina Hoss
Aktrisa
Nina Hoss 7 iyul 1975-ci ildə Almaniyanın Ştutqart şəhərində anadan olub. Atası Villi Hoss siyasi xadim və həmkarlar ittifaqı rəsmisi olub. Anası Haydemari Roveder – Ştutqart Milli Teatrının aktrisası, daha sonralar isə Vürtemberq Dövlət Dram Teatrının direktoru olub. Yeddi yaşından radiotamaşalarda iştirak etməyə başlayıb, 14 yaşında səhnədə debüt edib. 1997-ci ildə Berlin teatr peşə məktəbini bitirib. Ona ilk uğur gətirən layihə 1996-cı ildə ekranlara çıxmış “Rozmarinin məşuqları” filmində Rozmari Nitribitt rolu olub. Rejissor Kristian Petsolda əməkdaşlığı nəticəsində bir neçə mötəbər kino mükfatının sahibi olub. Belə ki, 2003-cü ildə “Volfsburq” filmində oynadığı rol ona “Adolf Qrimme” mükafatını gətirib. 2007-ci ildə “Yella” filmində canlandırdığı “Yella” obrazı ona Berlin kinofestivalında ən yaxşı qadın rolu nominasiyasında “Gümüş ayı” mükafatını qazandırıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%BE%D1%81%D1%81,_%D0%9D%D0%B8%D0%BD%D0%B0