Riçard Armitec
Aktyor
Riçard Krispin Armitec 22 avqust 1971-ci ildə Böyük Britaniyaın Lester şəhərində anadan olub. Yaşadığı mühit adi ailə, ev, məktəb idi. Lakin 14 yaşında olarkən valideynlərindən onu Patisson kollecinə (incəsənət təmayüllü) oxumağa yollamaqlarını xahiş edir. Aktyor sonralar verdiyi müsahibələrində də məhz bu kollecin onun karyerasının başlanmasında böyük təkan olduğunu qeyd edir. Kolleci bitirdikdən sonra Riçard bir neçə aylıq Budapeşt (Macarıstan) teatrında işləyir. Sonra Londonda bir neçə il müzikllarda çıxış edir, xoreoqrafa kömək edir və gələcək təhsili üçün pul yığıb London Musiqi və Dram Sənəti Akademiyasına daxil olur. Aktyorun ilk işi "Bu ilin məhəbbəti" (1999) və "Kleopatra" (1999) filmlərində olub. Riçard Armitecin populyarlığı "Diblidən olan keşiş" (2006) Britaniya sitkomundan sonra artır. Serialda aktyor Diblidən gəlmiş Harri Kennedi obrazını canlandırır. Amma Armitecin kino karyerasında vacib hadisə onun Piter Ceksonun çəkdyi "Hobbit” trilogiyasında cəsur və zəhmli cırtdan Torin roludur.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: