Fritz Lanq

Fritz Lanq

Rejissor, ssenarist, prodüser, aktyor, montajçı

BİOQRAFİYA

Fritz Lanq - (əsl adı Fridrix Kristian Anton Lanq) 5 dekabr 1890-cı ildə Venada (Macarıstan) anadan olub. 1934-cü ildə ABŞ-da çalışıb. Alman ekspressionizminin ən məşhur nümayəndələrindən biridir. Lanq sözsüz kino tarixində ən böyük büdcəli “Metropolis” filmini çəkib. Amerika nuarının estetikasını qabaqlayan “Şəhər canini axtarır” 1931 filmini ərsəyə gətirib. Fritz Lanq cinayətkar psixiatr və hipnoz mütəxəssisləri barədə “Kaliqari” və “Mabuze” (trilogası) filmləri ilə məşhurdur. 1919-1920-ci illərdə Lanq Elizabet Rozentalla, 1922-33-cü illərdə Tea fon Harbou ilə ailəli olub. 1971-ci ildə Lili Latte ilə gizlicə evlənib. Üç evlilikdən heç birində övlad dünyaya gəlməyib. 1964-cü ildə Kann kinofestivalında münsiflər heyətinin sədri olub. Fritz Lanq 2 avqust 1976-cı ildə Beverli Hillzdə vəfat edib. Hollivud dağında dəfn olunub. 2007-ci ildə Artyom Demenok Almaniyada “Fritz Lanq” sənədli filmini çəkib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Ланг,_Фриц

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç