Kemeron Mettison

Kemeron Mettison

Aktyor, prodüser

BİOQRAFİYA

Kemeron Mettison – kanadalı aktyor və teleaparıcıdı. Daha çox Amerikanın “Mənim bütün övladlarım” (1998-2011) sabun operasında canlandırdığı Rayan Laveri obrazı ilə məşhurdur. “Ən yaxşı debüt” nominasiyasında “Soap Opera Digest” mükafatı ilə təltif olunub. Növbəti illərdə bir neçə dəfə “Emmi” (gündüz) mükafatına namizəd olub. Mettison həmçinin I Wanna Be a Soap Star (2005—2007), Your Place or Mine? (2008), Dallas Roundup Aftershow (2012), həmçinin Good Morning America verlişlərinin aparıcısı olub. Bundan savayı Dancing With the Stars realiti-şousunun beşinci mövsümündə iştirak edib. Mettison müxtəlif illərdə “C.S.I.: Cinayət yeri” , “Düşkün evdar qadınlar”, “Ölənə kimi gözəlsən” və “Klivlenddə gözəllik” kimi populyar serialların müxtəlif epizodlarına çəkilib. Həmçinin “Lifetime” telekanalının sifarişi ilə çəkilmiş “Ceynə müraciət edin” (2003), “Onlayn arvad” (2012), “Karpenterlər möcüzəsi” (2013), “Yenidən evə” (2013) telefilmlərinə çəkilib. Böyük ekranlarda 1998-ci ildə təqdim olunmuş “Studiya 54” bədii filmində rol alıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D1%8D%D1%82%D1%82%D0%B8%D1%81%D0%BE%D0%BD,_%D0%9A%D0%B0%D0%BC%D0%B5%D1%80%D0%BE%D0%BD

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç