Sidni Penni

Sidni Penni

Aktrisa, prodüser

BİOQRAFİYA

Sidni Penni 7 avqust 1971-ci ildə dünyaya gəlib. Karyerasına on iki yaşında olanda qədəm qoyub. Belə ki, müxtəlif telefilmlər, bədii filmlər və mini-seriallara uşaq və yeniyetmə rollarına çəkilib. Səksəninci illərin ortalarında iki “Gənc aktyor” mükafatı qazanıb. Yeniyetməlik illərində Klint İstvudun baş rola çəkildiyi “Solğun atlı” vesternində və “Məşq zamanı oxuyanlar” mini serialında və “Yeni Cicet” sitkomunda oynadığı rolları ilə tanınır. Doxsanıncı illərin əvvəlində, uşaq aktyorluğu karyerası ilə vidalaşıb və gündüz sabun operalarına çəkilməyə başlayıb. “Mənim bütün övladlarım” serialında Culiya Santos Kifer rolu ilə şöhrət qazanıb. Həmçinin post-sovet məkanında populyar olan “Sanset-Biçdə eşq və sirrlər” serialında rol alıb. Sabun operalarındakı roluna görə iki dəfə “gündüz “Emmi” mükafatına namizəd olub. Habelə praym-tayma keçidi o qədər də uğurlu alınmayıb və yalnız iki qısa ömürlü seriala çəkilib (“Giperion buxtası” və “Larqo”).

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%B5%D0%BD%D0%BD%D0%B8,_%D0%A1%D0%B8%D0%B4%D0%BD%D0%B8

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç