Culi Enn Robinson

Culi Enn Robinson

Rejissor, prodüser

BİOQRAFİYA

Culi Enn Robinson – Avstraliya əsilli amerikalı və britaniyalı rejissordur. BAFTA mükafatı və “Qızıl Qlobus” mükafatı nominantıdır. Robinson 2000-ci illərin əvvəllərində Britaniya televiziyasında məşhurlaşıb. 2006-cı ildən ABŞ-da fəaliyyət göstərməyə başlayıb. “Ehtiras anatomiyası”, “Özəl praktika”, “Böyük sevgi” və “Çobanyastığı qopardanlar” (Pushing Daisies) seriallarının bəzi epizodlarını lentə alıb. 2009-cu ildə ABC Studios-la müqavilə bağlayıb və çox keçmədən tənqidçilərin rəğbətini qazanmış “Bundan betər də olur” serialının pilot epizodunu çəkib. 2010-cu ildə Robinson “Sonuncu nəğmə” adlı ilk tammetrajlı filmini çəkib, 2012-ci ildə isə artıq “Təhlükəli iş” adlı romantik komediyasını ekranlara çıxarıb. Mütəmadi olaraq televiziyada işləyən Robinson “Bihuşda”, “Yoxsul qızlar”, “Şəhərkənarı”, “Ömrünün axırına kimi valideynlərinlə necə qalmalı?”, “Selfi” və “Qalmaqal” kimi serialları çəkib. 2015-ci ildə Şonda Raymslə səylərini birləşdirərək, “Tüstü və güzgü” serialını yaradıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%BE%D0%B1%D0%B8%D0%BD%D1%81%D0%BE%D0%BD,_%D0%94%D0%B6%D1%83%D0%BB%D0%B8_%D0%AD%D0%BD%D0%BD

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç