Şerri Şeperd

Şerri Şeperd

Aktrisa

BİOQRAFİYA

Şerri Evoni Şeperd – amerikalı teleaparıcı, yumorist, aktrisa və yazıçıdır. Daha çox The View populyar şousunun aparıcısı kimi məşhurlaşıb. Həmin şouya görə 2009-cu ildə ən yaxşı tok-şou nominasiyasında “Emmi” mükafatçısı olub. 2010-cu ildən “The Newlywed Game” əyləncəli proqramın aparıcısı olub. Aktrisa kimi “Haydi, Klava” (2002-2006), “30 sarsıntı” (2007-2011) və özünün prodüserlik etdiyi “Şerri” (2009) komediyasındakı rolları ilə tanınır. “Mobil telefon” (2004), “Gözəllik salonu” (2005), “Tap, kiməm” (2005), “Madaqaskar 2” (2008), “Xəzinə” (2009), “Böyük analar: Ata kimi oğul” (2011) və “Təhlükəli iş” (2012) filmlərində özünəməxsus personajları canlandırıb. 2001-2010-cu illərdə komik Ceff Tarpliylə evli olub. Ondan 2005-ci il təvəllüdlü Ceffri Çarlz Tarpli-kiçik adlı oğlu var. Əvvəl əkiz uşaqlar dünyaya gətirməli olsa da, qızı dölündə ölüb və oğlunu üç ay vaxtından qabaq doğub. 2011-ci ildə televiziya ssenaristi Lamar Salli ilə ailə qurub. Bu nikahdan onun Lamar Salli-kiçik (05.08.2014) adlı oğlu var. 12 may 2014-cü ildə Şepard boşanma ilə bağlı məhkəməyə müraciət edib. Şepard uzun müddətdir ki, 2-ci tip diabetdən əziyyət çəkir. Bununla əlaqədar çoxsaylı düşüşlərinin olduğunu etiraf edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A8%D0%B5%D0%BF%D0%B5%D1%80%D0%B4,_%D0%A8%D0%B5%D1%80%D1%80%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç