Ceyson Omara

Ceyson Omara

Aktyor, prodüser

BİOQRAFİYA

Ceyson Omara - irland-amerikalı aktyordur. Daha çox “In Justice” və “Marsda həyat” teleseriallarında oynadığı rolları ilə tanınır. 2012-ci ildə “Veqas” teleserialında mərkəzi rollardan birini oynayıb. Ceyson Omara 6 avqust 1972-ci ildə Dublində anadan olub. Uşaqlığı İrlandiya paytaxtında keçib. Valideynləri Veronika və Stiven Omaradı. Onun Stiven adlı qardaşı və Rebekka adlı bacısı var. Uşaqlığında Ceyson reqbi oynamağı sevib, aktyorluq sənətinə demək olar ki, maraq göstərməyib. Ancaq aldığı travmadan məktəb tamaşasında özünü sınamaq fikrinə düşüb. Tamaşanın uğurundan sonra teatrı sevməyə başlayıb. Ceyson dram və teatr üzrə bakalavr dərəcəsini Triniti Kollecində alıb. Ardınca Londona köçüb və yerli teatrlarda səhnəyə çıxıb. Şəxsi həyatına gəlincə, 2003-cü ildə amerikalı aktrisa Peyc Turko ilə ailə qurub. Onların bir övladı var. 2017-ci ildə cütlük yollarını ayırıb. 2009-cu ildə Ceyson ABŞ vətəndaşlığı əldə edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın: https://ru.wikipedia.org/wiki/%D0%9E%E2%80%99%D0%9C%D0%B0%D1%80%D0%B0,_%D0%94%D0%B6%D0%B5%D0%B9%D1%81%D0%BE%D0%BD

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç