Bahıt Kilibayev
Ssenarist, prodüser, rejissor
Bahıt (Bahıtcan) Sattarbekoviç Kilibayev 26 may 1958-ci ildə Qazaxstanın Almatı şəhərində anadan olub. Sovet, rus, qazaxstanlı ssenarist, rejissor, prodüser və dramaturqdur. 1975—1978–ci il illərdə Leninqrad Universitetinin şərqşünaslıq fakültəsini bitirib. 1985-ci ildə ÜDKİ ssenarist fakültəsini bitirib. A.Baranovla “Dəmir və Dina” (1985), “Atlı, kimdir?” (1987), “Birgə” (1988), “İynə” (1988), “Darxan” (1988) filmlərinin həmssenaristi olub. Qorki Kinostudiyasının reklam, marketinq və satış üzrə direktor müavinidir. 1992-ci ildə “Qonqofer” mistik filmini ekranlaşdırır. 1993-cü ildə ən yaxşı ssenariyə görə “Kinotavr” kinofestivalının mükafatı və “Qızıl qoyun” mükafatına sahib olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Килибаев,_Бахыт_Саттарбекович