Pyotr Mamonov
Aktyor
Pyotr Nikolayeviç Mamonov 14 aprel 1951-ci ildə Moskvada anadan olub. Rusiyalı rok-musiqiçi, aktyor, şair, radio aparıcıdır. “Zvuki Mu” musiqi qrupunun üzvü olub. 1988-ci ildə Londonda “Zvuki Mu” adlı debüt albom buraxılır. Layihənin prodüseri ingilis Brayan Eno olub. Bu albomdan Pyotr Mamonov və onun kollektivi şöhrət dalğasına dalır. Qrup Avropa ölkələrində qastrol turuna çıxır. İki dəfə Amerikanı qarış-qarış gəzirlər. Qastroldan qayıdan musiqiçilər “Transetibarlılıq” adlı albom yazdırır. Ancaq bu dəfə onların işləri uğursuzluqla nəticələnir və qrup dağılır. Qrup fəaliyyətini dayandırdıqdan sonra Pyotr Mamonovun yaradıcılıq yolu başlayır. Pyotr Mamonov özünü aktyor kimi sınayır. İlk dəfə 1988-ci ildə “İynə” filmində çəkilir. Burada aktyor ikinci dərəcəli rol ifa edib. 2 ildən sonra isə ekranlara “Taksi blüz” filmı çıxır və uğur qazanır. Kann festivalında “Qızıl palma budağı” na layiq görülür. "Anna Karamazoff" (1991), "Taksi-blüz" (1990), "Ada" (2006), "Hökmdar" (2009), "Şapito-şou: Məhəbbət və dostluq" (2011), "Şapito-şou: Hörmət və əməkdaşlıq" (2011) və s.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://24smi.org/celebrity/2085-pyotr-mamonov.html