Tanya Loper

Tanya Loper

Aktrisa

BİOQRAFİYA

Tanya Loper – fransız aktrisadır. Əsl adı Tanya Luizadır. 19 iyun 1942-ci ildə Nyu-Yorkda anadan olub. Atası kinodistribütor şirkəti olan “Lopert Films”in sahibi İlya Loper olub. Debütünü eyni vaxtda üç İtaliya mifoloji lentində ( “Titanlar / Arrivano i titani (rej. Duçço Tessari), "Au bout de la nuit" (rej. Jak Qarfen) və “Cessika”/ La sage-femme, le curé et le bon Dieu" (rej. Janna Nequlesko)) gerçəkləşdirib. 1961-ci ildən bəri kinoya çəkilir. Fransanın nüfuzlu kinorejissorları Klod Leluş, Eduar Molinaro, Rober Enriko, Kosta-Qavras, Andre Teşine, Klod Sote və başqaları ilə əməkdaşlıq edib. Bundan başqa ara-sıra teatr səhnəsinə də çıxır. Daha çox “Qırğın” (2011), “Yataq vaqonlarındakı qatillər” (1965), “Viva la vie” (1984) filmlərində oynadığı rolları ilə yadda qalıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.kino-teatr.ru/kino/acter/w/euro/99763/bio/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç