Anna Parmas
Ssenarist, rejissor, aktrisa,
Anna Yakovlevna Parmas 24 may 1970-ci ildə Leninqradda (indiki Sankt-Peterburq, Rusiya) anadan olub. Rusiyalı rejissor və ssenaristdir. 2004-2007-ci illərdə müxtəlif kanallarda rejissor və ssenarist kiçi çalışıb. “Zərif qış” mini –serialının çəkdiyi “Belarusfilm” studiyasında işləyib. 2007-ci ildə kinorejissor və ssenarist Avdotya Smirnova ona yeni kino komediyasına həmssenarist olmağı təklif edir. Vaxtdan onlar yaxın rəfiqədir. “İki gün” və “Kokoko” filmlərini ərsəyə gətirib. Həmin filmlər “Nika” və “Qızıl qartal” mükafatlarına namizəd seçilib. “Kokoko” filmində Parmas aktrisa kimi debüt edib. Onların birgə əməkdaşlığı indiyənə qədər davam edir. “Leninqrad” qrupunun “Vip” mahnısının klipinin rejissoru olub. 2017-ci ildn “Beşinci kanal”da “Cinayət motivi” televerilişinin rejissoru və kreativ prodüseridir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Пармас,_Анна_Яковлевна