Maykl Körtis

Maykl Körtis

Rejissor, ssenarist, prodüser, aktyor

BİOQRAFİYA

Maykl Körtis 24 dekabr 1888-ci ildə Budapeştdə anadan olub. Yəhudi əsilli amerikalı kinorejissordur. Karyerası ərzində 1960-dan çox bədii film çəkib. Daha çox “Kasablanka” (1942) və “Mildred Pirs” (1945) kimi filmlərin rejissoru kimi tanınır. Budapeştdə zəngin yəhudi ailəsində anadan olsa da, 17 yaşında sirk truppasına qoşulub və işi ilə yanaşı aktyorluğu öyrənməyə başlayıb. Səhnə çıxışlarına paralel olaraq Macarıstan və Danimarkada kino çəkilişləri ilə məşğul olub. Macar dilində çəkilmiş ilk kinofilmin rejissoru kimi (1912-ci ildə) tarixə düşüb. 1917-ci ildə onun aktivində artıq 14 film var idi. Baş rolları daha çox həyat yoldaşı Lüsi Dorreynə həvalə edirdi. Birinci dünya müharibəsi dövründə piyada qoşunlarda xidmət edib. 1919-cu ildə macar kinematoqrafiyasında “milliləşdirmə” islahatı aparıldığından fəaliyyətini başqa ölkələrdə davam etdirməli olub. 1926-cı ildə Warner Brothers studiyasının təsisçiləri, Uorner qardaşları onu Hollivuda dəvət edib. Anti-alman abu-havasına baxmayaraq, o studiyanın aparıcı rejissorlarından birinə çevrilə bilib. Hollivudda fəaliyyəti dövründə “Mildred Pirs” kimi klassik nuar və kult filmə çevrilmiş “Kasablanka” dramını ərsəyə gətirib. 11 aprel 1962, Hollivud).

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B0%D0%B9%D0%BA%D0%BB_%D0%9A%D1%91%D1%80%D1%82%D0%B8%D1%81

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç