Cek L. Uorner
Prodüser, rejissor, ssenarist
Cek Leonard Uorner 2 avqust 1892-ci ildə anadan olub. Amerikalı və kanadalı prodüser və kinomaqnatdır. Warner Bros studiyanının prezidenti və “başbiləni” olub. Həmin dönəmlərdə ayrı-ayrı Hollivud studiyalarında prezidentlər bir-birini əvəz elədiyi halda, o 40 ilə yaxın bu vəzifədə qalıb. O studiyada qardaşı Sem Uornerlə birgə işləyib. İlk səsli filmə lazım gələn texnologiyanı yaradıb (“Caz müğənnisi” filmi). Semin ölümündən sonra Cek digər qardaşları Harri və Alber Uornerlə şirkətə nəzarət uğrundə mübarizəyə başlayıb. Çəkişmələrin nəticəsində şirkətin buraxdığı filmlərə eksklüziv nəzarət hüququ qazanıb. 1950-ci ildə isə qardaşlarını başını aldadaraq, onları səhmləri birgə şəkildə satışa çıxarmağa çağırıb, sonra isə xəlvətcə bütün səhmləri alıb. Studiyanın əməkdaşları ondan qorxsa da, onun uzaqgörən siyasəti və fərasətinə görə hörmət ediblər. O həmin dövrün ulduzlarını studiyanın filmlərinə cəlb edərək, 1930-cu illərin amerika həyatını təsvir edən sosial dramları önə çəkib. O elə bunun sayəsində məşhurlaşıb. 9 sentyabr 1978-ci ildə anadan olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A3%D0%BE%D1%80%D0%BD%D0%B5%D1%80,_%D0%94%D0%B6%D0%B5%D0%BA_%D0%9B%D0%B5%D0%BE%D0%BD%D0%B0%D1%80%D0%B4