Maks Ştayner

Maks Ştayner

Bəstəkar

BİOQRAFİYA

Maks Stayner 10 may 1888-ci il Vyanada (Avstriya) anadan olub. Üçqat “Oskar” mükafatı laureatıdır. Ştayner uşaqlığından musiqiyə böyük maraq göstərib. Artıq 16 yaşı olanda Vyana ali musiqi və təsviri incəsənət məktəbini bitirib, dördillik kursu cəmi iki ilə başa çatdırıb. Dünyaca məşhur klassik bəstəkarlar İohann Brams və Qustav Mahler onun müəllimləri olub. Bəstəkar və dirijor kimi debütü 15 yaşında baş tutub, belə ki, “Gözəl yunan qız” adlı operettasını təqdim edib. 1904-1914-cü illərdə Böyük Britaniyada, əsasən də Londonda dirijorluq və aranjemanla məşğul olub. Birinci Dünya müharibəsinin başlaması ilə o, avtomatik olaraq Birləşmiş Krallığın düşməni hesab edilib. Yalnız Vestminster hersoqu ilə dostluğu sayəsində cibində cəmi 32 dollarla Nyu-Yorka qaça bilib. Nyu-Yorkda əvvəl Brodveydə dirijior, bədii rəhbər və aranjemançı kimi çalışıb. 1916-cı ildə isə kinematoqrafiya sahəsinə girişib və filmlərə musiqi yazmağa başlayıb. Həmin vaxtdan Ştayner əvəzinə onu Stayner çağırmağa başlayıblar. 28 dekabr 1971-ci ildə Beverli-Hillzdə (Kaliforniya ştatı, ABŞ) vəfat edib. 


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A1%D1%82%D0%B0%D0%B9%D0%BD%D0%B5%D1%80,_%D0%9C%D0%B0%D0%BA%D1%81

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç