Klod Reyns

Klod Reyns

Aktyor

BİOQRAFİYA

Klod Reyns dördqat “Oskar” mükafatı namizədidir. Uilyam Klod Reyns 1889-cu ildə Londonun Kamberuell rayonunda anadan olub. Gəncliyində bir qədər pəltək olub və güclü kokni ləhcəsi ilə danışıb. Atası teatr aktyoru Frederik Reyns olub. Teatr sənətində onda marağı məhz atası oyadıb və artıq 11 yaşında olanda Klod ilk dəfə peşəkar teatr səhnəsinə çıxıb. Hələ uşaq olan aktyorun yüksək oyun bacarığını Kral Dram İncəsənət Akademiyasının (Britaniya) təsisçisi Birb Tri “kəşf edib” və onun dərslərinin xərcini öz boynuna götürərək, nitq qüsurunu aradan qaldırmasına kömək edib. Bu Klodun karyerasına böyük təsir göstərib. Birinci dünya müharibəsi dövründə Klod Reyns Londonun şotland alayında xidmət edib. Müharibə dövründə rütbəcə sıravi əsgərdən kapitana qədər yüksəlib. Habelə döyüşlərin birində qaz hücumuna düşüb və bir gözü tamamilə kor olub. Böyük ekranlarda debütünü artıq 40 yaşlarında olanda gerçəkləşdirib. Lakin ilk rolları o qədər də uğurlu olmayıb. Orta yaşlı ingilis teatr aktyoru amerikalı kinematoqraflarla dil tapmaqda çətinlik çəkib. Yalnız  “Gözəgörünməz adam” filminin çəkiliş heyəti üzvlərindən biri təsadüfən sınaqlar zamanı onun səsinə heyran olub və elə ingilis əsilli rejissor Ceyms Ueylə onun barədə danışıb. Beləcə Reyns böyük kinoya gəlib. Daha çox müharibə dövründə çəkilmiş və kult filmə çevrilmiş “Kasablanka” dramında oynadığı rolla tanınır. 30 may 1967-ci ildə vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%B5%D0%B9%D0%BD%D1%81,_%D0%9A%D0%BB%D0%BE%D0%B4

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç