Konrad Feydt
Aktyor
Konrad Feydt (Conrad Veidt) – almaniyalı teatr və kino aktyorudur. Daha çox alman kinoekspresionizmindəki aktyor işləri ilə məşhurdur. Hans Valter Konrad Feydt 22 yanvar 1893-cü ildə Berlin şəhərində anadan olub. 1913-cü ildə buraxılış imtahanlarında iştirak etməkdən imtina edərək, Qoqensoller gimnaziyasını (Berlin) atıb və Alman teatrı nəzdində fəaliyyət göstərən Maks Reynhardtın məktəbinə daxil olub. 1913-cü ilin may ayında kiçik rollarla peşəkar səhnəyə çıxıb. 28 yanvar 1914-cü ildə orduya çağırılıb, 2 may 1915-ci ildən Şərq Cəbhəsində xidmət çəkib. Qızılça tutandan sonra cəbhədən Tilzit əyalətinə hərbi mehtər göndərilib. 1916-cı ilin əvvəlinə qədər yerli şəhər teatrında oynayıb, daha sonra Liepay şəhərinin Alman teatrının truppasına qoşulub. Cəbhə xətti yaxınlığında yerləşən teatrlarda ilk iri rollarını oynayıb (Şekspir, Göte, Şiller, İbsen, Strinberq pyesləri əsasında qoyulan tamaşalarda). 1916-1917-ci illərdə Maks Reynhardtın truppasında yer alıb. Emil Yanninqs, Verner Kraus və Paul Vegener kimi məşhur aktyorların tərəf müqabili olub. 1919-1923-cü illərdə müxtəlif Berlin teatrlarında çıxışlar edib. 1916-cı ildə Feydt kinoda debüt edib. Faşistlərin hakimiyyətə gəlişindən sonra Britaniyaya mühacirət edib, 1939-cu ildə isə Feydt Britaniya vətəndaşlığı alıb. 1940-cı ildə Hollivuda köçüb və orada kinoya çəkilsə də, başlıca olaraq faşist zabit obrazları canlandırıb. Ən məşhur rolu “Kasablanka” bədii filmində mayor Ştrasser roludur. Film həmdə onunla əlamətdardı ki, çəkilişi ikinci dünya müharibəsinin qızğın dövründə aparılıb və almanlar faktiki olaraq amerikalılalara düşmən kəsilsə də, Feydti çəkilişlərdən uzaqlaşdırmayıblar. O həmçinin “Bağdad oğrusu” (1940) nağıl-filmdə cadugər vəzif Cəfər rolu ilə məşhurdur. Konrad Feydt 3 aprel 1943-cü ildə Hollivudda qolf oynayan zaman ürəkt tutmasından dünyasını dəyişib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A4%D0%B5%D0%B9%D0%B4%D1%82,_%D0%9A%D0%BE%D0%BD%D1%80%D0%B0%D0%B4