Pol Henreyd

Pol Henreyd

Aktyor, rejissor, prodüser

BİOQRAFİYA

Pol Henreyd 10 yanvar 1908-ci ildə Avstriya-Macarıstanın Trieste şəhərində zadəgan ailəsində dünyaya göz açıb. Erkən yaşlarından incəsənətə meyl salıb. Gəncliyində nüfuzlu bədii nəşrin uğurlu dizayneri olub.Ancaq bir gün dostları ilə teatr tamaşasına getməsi, onun həyatını tamamilə dəyişir. O sözün yaxşı mənasında teatrın “dəlisinə” çevrilir. 1933-cü ildə Reynhardtın şagirdi olub. Teatr dairələrində öz solçu baxışı ilə diqqət çəkdiyindən, faşistlərin hakimiyyətə gəlişindən sonra ailəsi (həyat yoldaşı Lizl və iki övladı) Fransaya, oradan isə İngiltərəyə mühacirət etməli olub. Müharibə başlayandan sonra onu və digər anti-faşistləri düşmən ölkənin vətəndaşı olaraq deportasiya etməli olsalarda, onu tanınmış aktyor Konrad Feydt xilas edir. İngiltərədə o aktyorluq fəaliyyətini davam etdirib və rejissor Kerol Ridin “Münhenə gedən gecə qatarı” filmində ikiüzlü Karl Marsen rolunu ifa edib. Çəkiliş meydançasında tərəf müqabilləri Reks Harrison və Marqaret Lokvud olub. Rəsmi Londonun fikrini dəyişəcəyindən çəkinərək və ya eynitipli faşist obrazları canlandırmaqdan bezərək (müxtəlif versiyalar var) 1940-cı ildə ABŞ-a köçüb, 1941-ci ildə artıq ABŞ vətəndaşlığı əldə edib və Hollivud filmlərinə çəkilməyə başlayıb. Başlıca olaraq avropalı obrazı canlandırıb. Ən məşhur rolu “Kasablanka” (1943) filmində oynadığı Viktor Lazlo rolu sayılır. Senator Makkartinin qalmaqallı komissiyasının fəaliyyətinə qarşı çıxandan sonra, ABŞ kinostudiyalarının qara siyahısına düşüb və bununla da demək olar ki, aktyorluq karyerası (Hollivudda) başa çatıb. 1992-ci ildə pnevmoniyadan dünyasını dəyişib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%B5%D0%BD%D1%80%D0%B5%D0%B9%D0%B4,_%D0%9F%D0%BE%D0%BB

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç