İnqrid Berqman

İnqrid Berqman

Aktrisa

BİOQRAFİYA
İnqrid Berqman - İsveç və ABŞ kino və teatr aktrisasıdır. İnqrid Berqman 29 avqust 1915-ci ildə İsveçin Stokholm  şəhərində anadan olub. O, 1934-cü ildə kino fəaliyyətinə başlayır. Daha sonra ABŞ-a gedərək bir çox filmlərdə rol alır. Xüsusilə ingilis rejissor Alfred Hiçkokun filmlərindəki rolları ilə daha yaddaqalan olur. 1944-cü ildə "Qaz işığı" filmindəki roluna görə "Oskar" qazanan aktrisa 1950-ci ildə italyan rejissoru Rosselininin dəvətilə İtaliyaya gedərək orada yaşamağa başlayır. İnqrid Berqman 1956-cı ildə teatra qayıdır və elə həmin ildə də "Anastasiya" filmindəki roluna görə ikinci Oskar mükafatını qazandı. Üçüncü və son Oskarını "Şərq ekspressində qətl" filmindəki rolu ilə əldə edən İnqrid Berqman, 1978-ci ildə yenidən İsveçə qayıdır və görkəmli isveçli rejissor İnqmar Berqmanla çoxdan gözlədiyi film  layihəsini həyata keçirir. Böyük isveçli aktrisa İnqrid Berqman 29 avqust 1982-ci ildə Böyük Britaniyanın London  şəhərində vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/%C4%B0nqrid_Berqman
FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç