Jak Bonnaffe

Jak Bonnaffe

Aktyor

BİOQRAFİYA

Jak Bonnaffe – fransız teatr, kino və televiziya aktyoru, teatr rejissorudur. 22 iyun 1958-ci ildə Fransanın Due şəhərində anadan olub. 1978-ci ildə Lill şəhər konservatoriyasının dram şöbəsini bitirib. 1979-cu ildən “Salamandra” icmasının səhnəsində M.Qorkinin “Dibdə”, Şekspirin “Venetsiyalı tacir” və digər tamaşalarda oynayıb (1983-1984). Kinoda debütünü 1979-cu ildə rejissor Eduard Niermansın “Antrasit” filmində həyata keçirib. 1980-ci illərdən teatr səhnəsində böyük şöhrət qazanıb. 1991-ci ildə ən yaxşı aktyor nominasiyasında “Molyer” mükafatına layiq görülüb. O həmçinin tanınmış teatr rejissorudur. Onun bədii aktyor birliyi olan “Fazan kompaniyası” 2009-cu ildə “Molyer” mükafatı ilə təltif edilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%BE%D0%BD%D0%BD%D0%B0%D1%84%D1%84%D0%B5,_%D0%96%D0%B0%D0%BA

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç