Mariya Şukşina

Mariya Şukşina

Aktrisa

BİOQRAFİYA

Mariya Vasilyevna Şukşina 27 may 1967-ci ildə Moskvada (RSFSR, SSRİ) anadan olub. Sovet və rus kinoaktrisası və teleaparıcıdır. RF əməkdar artistidir (2008). Aktrisa Lidiya Nikolayevna Fedoseyeva-Şukşina və yazıçı Vasili Makaroviç Şukşinin böyük qızıdır. Yaş yarımlıqda Mariya “Bratka” novellasında çəkilib. 1972-ci ildə “Peçki-lavoçki” filmində Rastorquyevlərin qızları rollarında bacısı ilə birlikdə çəkilib. İki ildən sonra “Şəhər üzərində uçan quşlar” filmində Maşa rolunu ifa edib. Moris Torez adına Xarici Dillər İnstitutunun tərcüməçilik fakültəsini bitirib. 12 oktyabr 1999-cu ildən 19 dekabr 2014-cü ilə qədər “Jdi menya” verilişinin aparıcısı olub. 2018-ci ildə "Birinci" kanalda “Səhər tezdən qonaqlıq” verilişinə aparıcılıq edib. İngilis və ispan dillərini bilir. Üç dəfə ərdə olub. Bir qızı, üç oğlu var. 


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Maria_Shukshina

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç