Maykl Uinterbottom
Rejissor, ssenarist, prodüser, montajçı
Maykl Uinterbottom - britaniyalı kinorejissor, ssenarist, prodüser və aktyordur. 1961-ci ildə Böyük Britaniyanın Blekbörn şəhərində anadan olub. Oksford universitetində bakalavr dərəcəsi əldə edib. Bristol və Londonda kino sənəti üzrə ali təhsil alıb. Karyerasına yerli televiziyada qədəm qoyub: İnqmar Berqman haqqında iki sənədli film, həmçinin bir neçə serial çəkib. Tammetrajlı bədii film rejissoru kimi debütü 1995-ci ilə təsadüf edir. Həmin vaxtdan bəri 25-dən çox bədii film çəkib. Onların bəziləri müxtəlif beynəlxalq kinofestivallarda mükafatlandırılıb. Məsələn, “Bu dünyada” (2002) filmi Berlin kinofestivalında “Qızıl ayı” mükafatına layiq görülüb, həmçinin ən yaxşı xarici dilli film nominasiyasında Britaniyanın BAFTA mükafatı ilə təltif edilib. 2006-cı ildə “Quantamoya aparan yol” filminə görə ən yaxşı rejissor işi nominasiyasında Berlin Kinofestivalının “Gümüş ayı” mükafatını alıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A3%D0%B8%D0%BD%D1%82%D0%B5%D1%80%D0%B1%D0%BE%D1%82%D1%82%D0%BE%D0%BC,_%D0%9C%D0%B0%D0%B9%D0%BA%D0%BB