Huma Qureyşi

Huma Qureyşi

Aktrisa

BİOQRAFİYA

Huma Qureyşi 28 iyul 1986-cı ildə Dehlidə (Hindistan) anadan olub. Atası Hindistan paytaxtının tanınmış restoratorudur, həmçinin restoranlar şəbəkəsinə malikdir. Qardaşı aktyor Sahib Səlimdir (“Mere Dad Ki Maruti” filmindəki rolu ilə tanınır). Huma hələ şagird olandan teatrla maraqlanır. Kollecdə dramatik dərnəyə başçılıq edib. Həyatının bir neçə ilini teatra həsr edib. Bir sıra populyar tamaşalarda ulduzu parlasa da, nə vaxtsa Mumbaya köçüb tanınmış aktrisa olacağını ağlına belə gətirməyib. Bir gün dostu zəng edərək, onu “Junction” filminin kastinqinə dəvət edib. Filmin çəkilişi baş tutmasa da, hər halda Huma Mumbayda qalmağa qərar verir. O öz taleyini məhz kino sənayesində sınamağı qarşıya məqsəd qoyur. Habelə böyük ekranlarada debüt edənə qədər model işləyib, Şahrux Xan, Əmir Xan kimi məşhur aktyorlarla reklam çarxlarına çəkilib. Onun Hindistan Unilever şirkəti ilə iki illik müqaviləsi olub. Çəkildiyi reklamların birində Humu rejissor Anuraq Kaşyapın diqqətini cəlb edir. Sonuncu ona öz yeni layihəsində rol verməyi vədd edir. O rejissorun sözünə inanmayıb və sadəcə ona təsəlli verdiyini düşünüb. Ancaq Anuraq öz vədinə xilaf çıxmır və “Vasseypur dəstələri” adlı filminə ona rol verir. Ekran əsəri böyük uğura imza atır. Kann kinofestivalında nümayiş olunmaqla yanaşı, bir sıra prestijli beynəlxalq mükafatlar qazanır. Bu eyni zamanda aktrisanın karyera yüksəlişində tramplin rolunu oynamış olur.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
http://bollywoodtime.ru/khuma-kureshi-huma-qureshi/
FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç