Maksim Dunayevski

Maksim Dunayevski

Bəstəkar, aktyor

BİOQRAFİYA

Maksim İsaakoviç Dunayevski — sovet və rus bəstəkarıdır. RF əməkdar incəsənət xadimidir (1996), Rusiyanın Xalq artistidir (2006). 2015-ci ildən Moskva vilayəti Filarmoniyasının Bədii Şurasının sədri və bədii rəhbəridir. 60-dan artıq filmə musiqi bəstələyib. “Dartanyan və üç muşketyor”, “Muşketyorlar iyirmi ildən sonra”, “Anna kraliçasının sirri və Muşketyorlar iyirmi ildən sonra”, “Kardinal Mazarinin xəzinəsi və ya Muşketyorların qayıdışı”, ”Ax, vodevil, vodevil...”, “Karnaval”, “Yaşıl furqon”, “Meri Poppins, sağ ol!”, “Kiçik minnət” kimi filmlərə və “Pif-paf, oy-oy-oy!”, “Uçan gəmi” və “Pişiyin evi” cizgi filmlərinə musiqi bəstələyib. “Tili-tili testo...”, “Yemlinonun xoşbəxtliyi”, “Üç muşketyor”, “Kapitan Qrantın axtarışında”, “Şən oğlanlar-2”, “On iki stul”, “Məhəbbət və casusluq” müzikllarının müəllifidir. ABŞ-da səkkiz il (1992 — 1999) yaşayıb. Hollivudda işləyib və bir neçə film üçün musiqi bəstələyib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Дунаевский,_Максим_Исаакович

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç