Klara Luçko
Aktrisa, ssenarist
Klara Stepanovna Luçko 1 iyul 1925-ci ildə Ukraynada (SSR) anadan olub. SSRİ xalq artistidir (1985). İkinci dərəcəli Stalin mükafatı lureatıdır (1951). 1950-ci ildə “Kuban kazakları” filmi ekranlara çıxandan sonra məşhurlaşıb. Bu rola görə İkinci dərəcəli Stalin mükafatı qazanıb. Bu filmdən sonra aktrisanı bütün ölkə tanıdı. S.Gerasimov, Vs. Pudovkin, İ.Heyfis, kimi məşhur rejissorların filmlərinə çəkilib. Yaradıcılığı boyunca sovet kinosunun klassikasına çevrilən bir sıra filmlərdə rol alıb. “Donesk şaxtaçıları” (1950), “Vasiliy Bortnikovun qayıdışı” (1952), “Böyük ailə” (1954), “On ikinci gecə” (1955), “Sənin əlində həyat” (1959), “Yeddi küləkdə” (1962), “Dövlət canisi” (1964), “Himayəçi” (1970), “Biz, aşağıda imza edənlər” (1980), “Yazıq Maşa” (1981), “Karnaval” (1981), “Mariya Mediçinin mücrüsü” (1981), “Həyəcanı bazar günü” (1983) filmlərindəki rolları ilə tanınıb. 26 mart 2005-ci ildə Moskvada vəfat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Лучко,_Клара_Степановна