İrina Muravyova

İrina Muravyova

Aktrisa, ssenarist, prodüser

BİOQRAFİYA

İrina Vadimovna Muravyova 8 fevral 1949-cu ildə Moskvada (Rusiya) anadan olub. SSRİ Dövlət Mükafatı laureatıdır (1981). Rusiyanın İncəsənət Teatr İnstitutunun qiyabi şöbəsini bitirib. 1973-cü ildən kinoya çəkilib. Onun kinoda ən böyük rollarından biri Samson Samsonovun “Təmiz ingilis cinayəti” (1974) detektivində Süzanna rolu olub. Vladimir Menşovun “Moskva göz yaşlarına inanmır” əfsanəvi filmindəki rolu ilə məşhurluq qazanıb. Avantürist qadın Lyudmila rolu aktrisaya ümumxalq şöhrət və tamaşaçı rəğbəti qazandırır. Bu roluna görə SSRİ Dövlət Mükafatına layiq görülüb. Ardınca aktrisa Tatyana Lioznovanın “Karnaval” filminə çəkilərək aktrisa olmaq arzusu ilə alışıb yanan Nina Solomatina rolunu canlandırıb. “Mənə zəng et, zəng et!” filmindəki ifası isə ümumxalq hitə çevrilir. 1982-ci ildə İrina Muravyova “Sovet ekranı” jurnalının sorğusuna görə "İlin ən yaxşı aktrisası" adını alıb. Həmin il “Karnaval” filmi bütün rekordları qıraraq, baxılan filmlər arasında liderliyi əldə edir. 1970-1980-cı illərdə “Budilnik” uşaq səhər proqramının aparıcısı olub. 1977-1991-ci illər ərzində Mossovet adına Moskva Teatrının aktrisası olub. Müasir müəlliflərin qoyduğu tamaşalarda aparıcı rolları ifa edib. 1993-cü ildə Kiçik Teatrda çalışır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/Муравьёва,_Ирина_Вадимовна

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç