Mark Boal

Mark Boal

Ssenarist

BİOQRAFİYA

Mark Boal (ing. Mark Boal) – amerikalı ssenarist və jurnalistdir. İkiqat “Oskar” mükafatçısıdır (hər ikisi 2010-cu ildə, “Qasırğa hökmdarı” – Hurtlocker). Ssenarisini yazdığı və rejissoru Pol Haqqis olan “El vadisi” filmi onun Playboy jurnalı üçün 2004-cü ildə yazdığı “Ölüm və şərəfsizlik” adlı məqaləsi əsasında lentə alınıb. Orada İraq müharibəsi veteranı Riçard T. Devisin qətlinin araşdırılmasından danışılır. Mark Boal daha çox İraq müharibəsi zamanı hər an ölümlə üz-üzə olmuş əlahiddə mühəndis-istehkam taborundan bəhs edən “Fırtına hökmdarı” hərbi trillerinin ssenaristi və prodüseri kimi tanınır. Həmin işə görə eyni vaxtda iki “Oskar” mükafatı qazanıb. Filmin ssenarisini bitirib təhvil verməzdən əvvəl İraqda ABŞ hərbçilərinin yanında qalıb və gündə 10-15 dəfə istehkamçılarla müxtəlif tapşırıqlara yollanıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%BE%D0%B0%D0%BB,_%D0%9C%D0%B0%D1%80%D0%BA

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç