Yevgeni Şvarts
Ssenarist
Yevgeni Lvoviç Şvarts – Sovet yazıçısı, ssenaristi, şairi, dramaturqu və jurnalistidir. Şvarts 9 oktyabr, bəzi mənbələrə görə isə 21 oktyabr 1896-cı ildə Kazan şəhərində yəhudi əsilli cərrah həkim Lvov Şvarts və mamaça Mariya Şelkovanın ailəsində anadan olub. 1913-cü ildə Maykop peşə məktəbini bitirdikdən sonra Moskva Xalq Universitetinin hüquq fakültəsinə, bir müddətdən sonra Moskva Universitetinin hüquq fakültəsinə daxil olub. Ancaq peşəsi o qədər də ürəyincə olmayıb və daha çox teatra maraq göstərib. Həmin dönəmdə valideynləri kiçik qardaşı ilə birlikdə Yekaterinodar şəhərinə köçüblər. 1916-cı ilin payız aylarında orduya çağrılıb. 1917-ci ilin aprel ayında Çaritsın ehtiyat batalyonunda sıravi əsgər kimi xidmət edib. 1917-ci ilin avqust ayında Moskvada hərbi məktəbə göndərilib və yunkerliyə qəbul olunub. 5 oktyabr 1917-ci ildə gizir rütbəsi alıb. 1918-ci ilin əvvəlində Yekaterinodara gələrək Könüllü orduya qoşulub. Pokrovski könüllü dəstələri ilə “Birinci Kuban Yürüşü”ndə
iştirak edib. Böyük Vətən müharibəsi dövründə isə blokadada olan Leninqradda olub və təxliyə olunmaqdan imtina edib. Ancaq sonra Kirova təxliyə edilib. Orada yerli dram teatrının ədəbi bölməsinin rəhbəri vəzifəsini tutub. Müharibədən sonra bir neçə pyes yazıb. Onların arasında “Adi möcüzə” pyesi əlamətdardır. Y.L.Şvarts 15 yanvar 1958-ci ildə Leninrqadda vəfat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A8%D0%B2%D0%B0%D1%80%D1%86,_%D0%95%D0%B2%D0%B3%D0%B5%D0%BD%D0%B8%D0%B9_%D0%9B%D1%8C%D0%B2%D0%BE%D0%B2%D0%B8%D1%87