Aleksandr Ptuşko

Aleksandr Ptuşko

Rejissor, ssenarist, operator

BİOQRAFİYA
Aleksandr Lukiç Ptuşko 19 aprel (digər mənbəyə görə 18 aprel) 1900-cü ildə Luqansk şəhərində (Ukrayna) kəndli Luki Artemyeviç və Natalya Semyonovna Ptuşkoların ailəsində anadan olub. 1919-cu ildən 1-ci süvari ordunun 11-ci kavaler diviziyasında xidmət edib. Vətəndaş müharibəsindən sonra yerli Xalq evində (indiki Dəmiryol vilayət mərkəz sarayı) aktyor və rəssam-dekorator, "Donetsk ocaqxanası" (rus. Донецкая кочегарка) qəzetində müxbir işləyib. 1923-1926-cı illərdə Moskva Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. 1927-ci ildən "Mosfilm" kinostudiyasında cizgi filmi rəssamı və rejissoru işləməyə başlayır. 1932-bu ildə Ptuşko ilk rəngli multiplikasiya filmi olan "Hökmdar həyatı"nı çəkir. 30-cü illərdə Conatan Sviftin romanının motivləri əsasında "Yeni Qulliver (1935), "Balıqçı və balıq haqqında nağıl" (1937), "Qızıl açar" (1939) və sair cizgi filmləri çəkib. Böyük Vətən müharibəsi illərində Almatıda "Qazaxfilm" kinostudiyasında, 1944-1946-cı illərdə "Soyuzmultfilm" kinostudiyasında işləyib. O, sovet "Uolt Disney"i adlandırılıb. O, əsasən bılina janrında, xalq nağılları, rus ədəbiyyatında olan motivlər əsasında filmlər çəkib. Bir sıra filmi beynəlxalq kinofestivallarda mükafata layiq görülüb. Aleksandr Ptuşko 1973-cü ildə Moskvada vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Aleksandr_Ptu%C5%9Fko
FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç