Sergey Umanov

Sergey Umanov

Aktyor

BİOQRAFİYA

Sergey Umanov 1 may 1972-ci ildə Leninqrad şəhərində (indiki Sankt-Peterburq, Rusiya) anadan olub. 1986-cı ildə, səkkizinci sinifi bitirdikdən sonra orta dövlət peşə-texniki məktəbinə daxil olub. Orada 5-ci dərəcəli dülgər peşəsini mənimsəyib. Peşə-texniki məktəb nəzdində olan teatr studiyasında aktyorluqla məşğul olmağa başlayıb. Zavod və müəssisə kollektivlərinin qoyduğu müxtəlif tamaşalarda çıxış edib. 1989-1992-ci illərdə “Subbota” teatrı ilə əməkdaşlıq edib. 1992-ci ildə Rusiya Dövlət Səhnə Sənəti İnstitituna daxil olub (V.V.Petrovun kursu) və həmin ali təhsil müəssisəsini 1996-cı ildə bitirib. İnstitutu bitirdikdən sonra müxtəlif kiçik teatrlarda işləyib, bir müddət “Litsedey” teatrının nəzdində “klounlar məktəbində” oxuyub və işləyib, müxtəlif antrepriz tamaşalarda iştirak edib. 1999-cu ildən Lev Erenburq Dram Teatrının aktyorudur. Bundan başqa televiziya və kinofilmlərinə çəkilir, müxtəlif cizgi filmi və xarici filmlərin dublyajında iştirak edir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.kino-teatr.ru/kino/acter/m/ros/4419/bio/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç