Nonna Qrişayeva

Nonna Qrişayeva

Aktrisa

BİOQRAFİYA

Nonna Valentinovna Qrişayeva - sovet və rusiya kino, teatr və televiziya aktrisası, parodiyaçı, teleaparıcı və müğənnidir. Rusiya Federasiyasının əməkdar artistidir. 2014-cü ilin iyunundan Moskva Vilayət Gənc Tamaşaçılar Teatrının bədii rəhbəridir. Aktrisa 21 iyul 1971-ci ildə Odessa şəhərində anadan olub. Atası Valentin Qavriloviç Qrişayev (1940-1996) dənizçi olub. Nonna 1994-cü ildə B.V.Şukin adına Ali Teatr Peşə Məktəbini bitirib. Məzun olduqdan sonra dərhal üç ayrı teatrdan – “Lenkom”, “Satirikon” və “Vaxtanqov adına teatr”dan təklif alıb. Bir müddət “Serebryannıy dojd” radiostansiyasında dicey işləyib. 1996-cı ildə Ceki Çanın iştirakı ilə “Birinci Zərbə” filminə çəkilib. 1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərində Vasiliy Antonov və Aleksandr Tolokonnikovun “Bis” adlı yumoristik proqramında iştirak edib. 31 dekabr 2008-ci ildən 30 aprel 2013-cü ilə kimi STS telakanalında yayımlanan “Ata qızları” sitkomunda mərkəzi rollardan birini oynayıb. 2006-cı ildə Rusiya Federasiyası Əməkdar artisti adını alıb. 4 sentyabr 2011-ci ildən 6 yanvar 2012-ci ilə kimi “Nonna, haydi!” adlı özəl komediya şousunda iştirak edib. 2012-ci ildə Rusiya teleməkanının ən tələb olunan aktrisalarının siyahısına düşüb. Həmin vaxt onun illik gəliri 1 milyon dollara yaxın olub. 2016-cı ilin sentyabr ayından 2017-ci ilin sentyabr ayına kimi Nikolay Baskovla birlikdə Rossiya-1 telekanalında “Subbotnıy Veçer” proqramını aparıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D1%80%D0%B8%D1%88%D0%B0%D0%B5%D0%B2%D0%B0,_%D0%9D%D0%BE%D0%BD%D0%BD%D0%B0_%D0%92%D0%B0%D0%BB%D0%B5%D0%BD%D1%82%D0%B8%D0%BD%D0%BE%D0%B2%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç