Maksim Averin
Aktyor
Maksim Viktoroviç Averin – rusiyalı teatr, kino və televiziya aktyoru, teleaparıcı və “Qluxar: Qayıdış” serialının bir neçə epizodunun rejissorudur. 2014-cü ildə Rusiya Federasiyasının əməkdar artisti adını alıb. 26 noyabr 1975-ci ildə Moskva şəhərində anadan olub. Maksimin atası “Mosfilm” studiyasında rəssam-dekorator vəzifəsində çalışıb. Atasının əlaqələri hesabına Maksim hələ altı yaşı olanda ekranlarada debüt edib. Atası Viktor onu özüylə “Qraf Nevzorovun yürüşü” filminin çəkilişlərinin getdiyi Mahaçqala şəhərinə aparıb. Orada balaca Maksimə epizodik rol həvalə olunub. Həmin epizodda Maksim iri planda rəqs edib. Doqquz yaşında Maksim artıq Miniatür teatrının səhnəsinə, “Brandenburq qapıları” tamaşasında peşəkar səhnəyə çıxıb. Dərsləri ilə paralel şəkildə Domkino-nun teatr studiyasında aktyorluq sənətinin incəliklərini öyrənib. 1997-ci ildə B.V.Şukin adına Ali Teatr Peşə Məktəbini qırmızı diplomla bitirib. “Satirikon” teatrında on səkkiz il xidmət edib. 2015-ci ilin iyul ayında teatrla yollarını ayırıb. 1 iyun 2018-ci ildən Moskva Akademik Satira Teatrının aktyorudur. Antreprizlərdə iştirak edir, kino və televiziya filmlərinə çəkilir. 2018-ci ildə Moskva meri Sergey Sobyaninin səlahiyyətli nümayəndəsi olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%90%D0%B2%D0%B5%D1%80%D0%B8%D0%BD,_%D0%9C%D0%B0%D0%BA%D1%81%D0%B8%D0%BC_%D0%92%D0%B8%D0%BA%D1%82%D0%BE%D1%80%D0%BE%D0%B2%D0%B8%D1%87